QHT-lərə Dövlət Dəstəyi Agentliyi və QDF “Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək” mövzusunda qrant müsabiqəsi elan edir

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və QDF “Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək” mövzusunda qrant müsabiqəsi elan edir

|
Paylaş:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu “Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək” mövzusunda QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.

Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il oktyabrın 26-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il noyabrın 20-sidir. Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki ekspertizası aparılacaq, layihələr qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Qrant məbləğlərinin yuxarı həddi:

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

I. Azad edilmiş ərazilərdə gənclərin rəqəmsal və kreativ bacarıqlarının inkişafı

(Azad edilmiş ərazilərdə yaşayan yeniyetmə və gənclər üçün fotoqrafiya, videoqrafiya, rəqəmsal məzmunun hazırlanması, media savadlılığı və süni intellekt alətlərindən praktik istifadə üzrə bacarıqların formalaşdırılmasına yönəlmiş təlim proqramları, kurslar və emalatxanaların təşkili üzrə layihələrə üstünlük verilir);

II. Qarabağ və Şərqi Zəngəzurda maddi və mədəni irsə dəyən zərərin, dağıntıların, quruculuq, bərpa, məskunlaşma işlərinin təqdimatı və bununla bağlı maarifləndirmə

(Sərgi və müvafiq təqdimatlara dair layihələrə üstünlük verilir);

III. İcma əsaslı sosial təşəbbüslər və inklüzivlik

(Məskunlaşmış əhalinin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə, asudə vaxtının səmərəli təşkilinə, uşaqlar və yeniyetmələr üçün dərnəklərin açılmasına, qadınların sosial fəallığının artırılmasına, əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial həyata inteqrasiyasına, yeni salınmış yaşayış məntəqələrində yol hərəkəti qaydaları, piyadaların və sürücülərin təhlükəsiz davranışı ilə bağlı maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsinə, ətraf mühitə həssas yanaşmanın təşviqinə, məişət tullantılarının idarə olunmasına, yaşıllaşdırma və ekoloji davranışların formalaşdırılması istiqamətində layihələrə üstünlük verilir);

IV. Mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı risklərə dair ictimai maarifləndirmə (bu bənd üzrə tədbirlər ANAMA-nın tərəfdaşlığı ilədir)

(Minadan zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin, əvvəllər minaaxtaran kimi çalışmış şəxslərin prosesə yaxından cəlb olunması ilə əhalinin mina və PHS təhlükəsi ilə bağlı maarifləndirilməsi, müvafiq davranış qaydaları barədə məlumatlandırılması, xüsusilə uşaqlar arasında mina və PHS ilə bağlı risklərin azaldılmasına yönəlmiş layihələrə üstünlük verilir);

V. Mədəni irsin qorunmasına ictimai dəstək və turizm potensialının təbliği

(Yerli icmaların mədəni irs obyektlərinin qorunmasına cəlb edilməsinə, ictimai nəzarət mexanizmlərinin təşviqinə, bölgənin turizm marşrutlarının tanıdılmasına və yerli sakinlər arasından bələdçilərin hazırlanmasına dair layihələrə üstünlük verilir).

Müsabiqə üzrə xüsusi tələblər:

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:

Texniki tələblər:

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.

office@ngoagency.gov.az

Digər xəbərlər