“Dirçəliş Kuboku” xeyriyyə futbol turniri (2026)

Bakı şəhəri | Davam edir | Təşviqat işləri və çevik kommunikasiyalar
01/25

Layihə haqqında

  • Turnirin rəsmi veb-saytı: Revivalcup.az
  • Tarix: 2026-ci ilin yanvar-may ayları
  • Təşkilatçı: Qarabağ Dirçəliş Fondu
  • Partnyor: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)
  • Baş Sponsor: “Tamstore” Marketlər Şəbəkəsi
  • İnformasiya dəstəyi: “CBC Sport” telekanalı

Turnirlə bağlı edilən ümumi ianə məbləği: 115.000 AZN (“Tamstore” Marketlər Şəbəkəsi – 35.000 AZN, turnirdə iştirak edən şirkətlər (40 şirkətin hər biri 2000 AZN olmaqla) – 80.000 AZN).

Turnirdə iştirak edən komandalar:

A qrupu: “Glensol”, “Media”, “Kristal”, “Avrora Qrup”, “Azerbaijan Coca Cola Bottlers”, “Balakhani Operating Company”, “UNEC Müəllimlər”, “McDonald’s”, “Pasha Real Estate”, “Azercell”

B qrupu: “Azerlotereya”, “AzIntelecom”, “IRIA”, “ADSEA”, “156 Evakuasiya”, “Unicapital”, “Qala Life”, “PMD Projects”, “PwC”, “Soliton”

C qrupu: “MTK Wolves”, “AZAL”, “Caspel”, “SN AEM”, “Bir Ekosistemi”, “Facility Management Group”, “UNEC T”, “Yelo Bank”, “Azerbaijan Business Development Fund”, “SMKLI HIK” 

D qrupu: “SOCAR”, “Grand Agro”, “Azerbaijan Poultry Company”, “ETSN HIK”, “Azerconnect Group”, “Azer Turk Bank”, “AzerFloat”, “Mars Overseas”, “RosKo”.

Ümumi məlumat:

19 dekabr 2025-ci il tarixində Azərbaycanda futbolsevərləri bir araya gətirən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünə start verilib.

Turnir Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.

Turnirin keçirilməsində başlıca məqsəd işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesinə dəstək olmaq məqsədi ilə ianələrin cəlb olunması, eyni zamanda cəmiyyətdə ianəçilik mədəniyyətinin və sağlam həyat tərzinin təşviq edilməsidir.

Oyunlar "Royal Park" ərazisində yerləşən “Sportster” minifutbol kompleksində keçirilir.

Turnirin reqlamentinə əsasən, qalib adı uğrunda mübarizədə 40 komanda iştirak edir.

4 ay davam edəcək turnirdə ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medal və xüsusi mükafatlarla təltif ediləcəklər. Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna (MVP) əlavə olaraq xüsusi mükafatlar veriləcək.

Turnirin reqlamenti ilə daha ətraflı burada tanış olmaq mümkündür.

Qeyd: Turnirin keçirilməsindən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.