Cəbrayıl rayonunun Horovlu kəndində yaşıllıqların salınması

Cəbrayıl rayonu | Yekunlaşıb | Ekoloji tarazlığın bərpası

Layihənin iştirakçıları

Sifarişçi: 

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Maliyyə dəstəyi: 

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

Podratçı:

"TUTTO BELLO" MMC

2002-ci ildən fəaliyyət göstərən "Tutto Bello" şirkəti dekorativ bitkilərin – ağacların, güllərin becərilib yetişdirilməsi və idxalı ilə də məşğul olur.