“Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin final mərhələsində mentor qismində iştirak edib.

Tədbirə qatılanların arasında Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fərid Əhmədov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, mədəniyyət naziri Adil Kərimli, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev olub.

İştirakçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə “Növbədənkənar kollegiya iclası” keysi üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər.

Bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edən Rəhman Hacıyev bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş “Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, ölkəmizin insan kapitalına yönəlmiş uzunmüddətli bir sərmayədir — istedadlı və liderlik potensialı olan şəxsləri müəyyən edib gücləndirmək üçün düşünülmüş şəkildə yaradılan effektiv sosial liftdir. Bu təşəbbüs həm dövlət, həm də özəl sektor üçün yeni nəsil liderləri üzə çıxarır. "Finalçılarla birlikdə biz 5 mürəkkəb və real problemi əhatə edən idarəetmə keysi müzakirə etdik. Bu proses iştirakçıların strateji düşünmə, komanda işi və qərarvermə bacarıqlarını təzyiq altında nümayiş etdirmələri üçün ciddi bir sınaq oldu"- deyə, İdarə Heyətinin sədri vurğulayıb.

“Yüksəliş” müsabiqəsinin uzun illər davam edəcəyini və gələcəyin idarəçilərini ilhamlandırmaqda, seçməkdə və formalaşdırmaqda mühüm rol oynayacağını deyən Rəhman Hacıyev dəvətə və bu qədər dəyərli bir platforma yaratdıqları üçün təşkilatçılara dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdiriblər.

Digər xəbərlər