“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində play-off mərhələsi başlayır

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində play-off mərhələsi başlayır

|
Paylaş:

Məlum olduğu kimi, Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində qrup oyunlarına yekun vurulub.

Qrup mərhələsinin nəticələrinə əsasən A, B, C və D qruplarının hər birindən ən yüksək göstəriciyə malik dörd komanda olmaqla, ümumilikdə 16 komanda play-off mərhələsinə (1/8 finala) vəsiqə qazanıb. Bu komandalar aşağıdakılardır:

A qrupu: “Balakhani Operating Company”, “Avrora Qrup”, “Kristal”, “Media”

B qrupu: “ADSEA”, “Unicapital”, “AzInTelecom”, “Azərlotereya”

C qrupu: “Yelo Bank”, “Bir Ekosistemi”, “Facility Management Group”, “Səhiyyə Nazirliyi AEM”

D qrupu: “SOCAR”, “Azerconnect Group”, “Azerfloat”, “RosKo”.

Nəzərinizə çatdıraq ki, adıçəkilən komandalar arasında 1/8 final mərhələsinin oyunları 4 aprel tarixində start götürəcək.

18 aprel tarixlində 1/4 final, 3 may tarixində yarımfinal oyunları baş tutacaq.

28 may tarixində isə turnirin ən güclü iki komandası həlledici final oyununda üz-üzə gələrək qalibi müəyyənləşdirəcəklər.

1/8 finalda baş tutacaq qarşılaşmalardan biri də “Bir Ekosistemi” və “Azerfloat” komandaları arasında keçiriləcək. Aprelin 4-də saat 17:00-da başlayacaq görüş turnirin rəsmi YouTube səhifəsində (https://www.youtube.com/@dircelishkuboku) canlı yayımlanacaq.

Qeyd edək ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.

Dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərin 40 komandasının iştirakı ilə start verilən turnirin keçirilməsində başlıca məqsəd Qarabağın bərpası prosesinə ictimai dəstəyin gücləndirilməsi, eyni zamanda insanlar arasında ianə mədəniyyətinin təşviq edilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Məlumat üçün onu da bildirək ki, turnirin baş sponsoru və iştirak edən komandalar tərəfindən Qarabağ Dirçəliş Fonduna ümumilikdə 115.000 manat vəsait ianə edilib və bu vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.

Digər xəbərlər