Novruz sevincini paylaşın – Qarabağın dirçəlişinə töhfə verin

Novruz sevincini paylaşın – Qarabağın dirçəlişinə töhfə verin

|
Paylaş:

Novruz bayramı yalnız ilin yeni fəsilinin – baharın gəlişinin və təbiətin oyanmasının simvolu deyil, həm də həyatın yenilənməsini təcəssüm etdirir. Bu bayramı öz doğmalarımızla birlikdə qeyd edərək, sözün əsl mənasında yeni baharını yaşayan Qarabağımızın dirçəlişinə dəstək ola bilərik.

Xalqımızın ən gözəl ənənələrindən biri də bayramlarda hədiyyə verməkdir. Bu Novruzda dostlarınıza, yaxınlarınıza və tərəfdaşlarınıza Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanmış xüsusi “İanə Sertifikatı” təqdim edərək, həm onların qəlbini sevindirə, həm də torpağın oyandığı bu mövsüldə Qarabağın ekoloji tarazlığının bərpasına, 30 ilə yaxın düşmən işğalı altında olan doğma torpağımızın yenidən qurulmasına töhfə verə bilərsiniz.

Unikal “İanə Sertifikatı”nı əldə etmək çox sadədir: Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane/novruz) daxil olun, təbrik etmək istədiyiniz şəxsin adını qeyd edin və ianə edəcəyiniz məbləği və ya ağac sayını seçin.

Hər bir ianə olunan ağac Qarabağı daha yaşıl edir, hər kiçik dəstək isə torpağın abadlaşdırılmasına yardım deməkdir. Gəlin birlikdə doğma Qarabağı Novruzun ruhuna uyğun olaraq daha gözəl bərpa edək!

Digər xəbərlər